Sen 30, 2018 08:59 Asia/Baku
  • Bakıda Müqəddəs Müdafiə həftəsi qeyd olunub
    Bakıda Müqəddəs Müdafiə həftəsi qeyd olunub

Müqəddəs Müdafiə həftəsinin 38-ci ildönümü Azərbaycan Respublikasının hərbi rəsmiləri, eləcə də Bakıda yerləşən müxtəlif ölkələrin hərbi attaşeləri, həmçinin bu ölkədə yaşayan iranlılar və İranın Azərbaycan Respublikasındakı orqanlarının məsul şəxslərindən bir qrupunun iştirakı ilə qeyd olunub.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Seyid Əli Əkbər Ocaqnejad və İranın bu ölkədəki səfiri Cavad Cahangirzadənin də iştirak etdikləri bu mərasimdə İranın Azərbaycan Respublikasındakı hərbi attaşesi aviasiya polkovniki pasdar Əli Seyfi çıxış edərək, Müqəddəs Müdafiə həftəsini İran xalqının fədakarlıq, izzət, şücaət, şəhadət və mübarizə həftəsi kimi yad edib. O, deyib: Müqəddəs Müdafiədə xalqmızın ən böyük fədakarcasına sınağı formalaşdı və biz bu müqəddəs dövrdə misilisiz müqavimətlə öyrəndik ki, zalımlar qarşısında boş əllə necə dayanaq və əslində Qurandakı ilahi vədlər bu dövrdə həyata keçdi. Buna görə, bu həftə heç vaxt İran xalqının yaddaşından silinməyəcəkdir.

O, İslam İnqilabı və onun qeyrətlə müdafiəsi dəyərlərinin qorunmasını vurğulayaraq, deyib: Biz militarist olmamışıq və deyilik, amma müdafiə fikrindəyik və bu yolda son dərəcə gözüaçıq və sayıqıq.

Bu mərasimdə İranın qeyrətli xalqının fədakarlıqlarının bir hissəsi klip formasında mərasim iştirakçıları üçün nümayiş etdirilib.

Bu mərasimin kənarında İran İslam Respublikası döyüşçülərinin Müqəddəs Müdafiənin müxtəlif səhnələrindəki müqavimət və fədakarlıqlarından ibarət foto-şəkil sərgisi keçirilib. Sərgi mərasim iştirakçılarının böyük diqqətinə səbəb olubdur.

Teqlər