Okt 15, 2018 19:59 Asia/Baku
  • Azərbaycanlı şairlər Təbrizdə
    Azərbaycanlı şairlər Təbrizdə "Aşura Ədəbiyyatının Qorunması" seminarında iştirak ediblər

Azərbaycan Respublikasının Əhl Beyt(ə) şairlərindən olan 6 nəfər Təbrizdə keçirilən "Aşura Ədəbiyyatının Qorunması" adlı beynəlxalq seminarda iştirak etmək üçün bu şəhərə səfər edib.

İRİB-nin verdiyi məlumata görə, bu şairlər İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin Təbriz Universiteti ilə yaratdığı ahəngdarlığa əsasən bu gün səhər Təbrizə səfər ediblər. 

İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi bu barədə deyib: Təbriz seminarında iştirak edəcək heyət Azərbaycanın tanınmış və gənc şairlərindən ibarətdir. Sənan Bədəlov, Elgün Salahlı, Yaşar Abdullayev, Gülbala Əhmədov, Rəşad Novruzov və Behruz Əmirov bu heyətin tərkibinə daxil olan şairlərdirlər. 

O həmçinin deyib, "Aşura Ədəbiyyatının Qorunması" adlı beynəlxalq seminar Aşura və Müqavimət mədəniyyətini yaymaq y olunda çalışan insanların təqdir edilməsi məqsədilə keçirilir. Bu seminarda Azərbaycan, Türkiyə və Gürcüstandan qonaqlar iştirak edirlər.