Okt 16, 2018 17:42 Asia/Baku
  • Britaniya və Azərbaycan arasında Xəzər dənizində əməkdaşlıqlar genişlənir
    Britaniya və Azərbaycan arasında Xəzər dənizində əməkdaşlıqlar genişlənir

Azərbaycan Respublikasının Milli Məclisi cümə günü bu ölkənin Dövlət Neft Şirkəti ilə Britiş Petrolium şirkəti arasında D230 yatağının inkişafı müqaviləsini ratifikasiya edib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, D230 yatağının inkişafı layihəsi barədə müqavilə aprel ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Britaniya baş naziri Tereza Meyin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev  ilə BP-nin icraçı direktoru Bab Dadli arasında Londonda imzalandı.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə bu barədə deyib: İki tərəf arasında imzalanmış müqavilənin müddəti 25 ildir və hər bir tərəfin bu yataqda payı 50 faizdir və neft istehsal ediləcəyi təqdirdə Azərbaycanın payı artacaqdır.