Okt 26, 2018 10:25 Asia/Baku
  • Əliyev: Azərbaycan işğalla barışmayacaq
    Əliyev: Azərbaycan işğalla barışmayacaq

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq”.

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası prezidenti İlham Əliyev, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forumdakı çıxışında deyib.

Prezident insan hüquqlarından da danışıb:

“Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkədə azad internet fəaliyyət göstərir.”

Prezidentin deməsinə görə, Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib: Mən hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib.

Oktyabrın 25-də Bakıda Heydər Əliyev Mərkəzində VI Beynəlxalq Humanitar Forumu keçirilib. Forum «Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı» mövzusuna həsr olunub.

Teqlər