Noy 01, 2018 15:08 Asia/Baku
  • Ərbəin günü münasibəti ilə qadınlarla görüş

Azərbaycan İslam Partiyasının Qadınlar Şurası Ərbəin günü münasibəti ilə qadınlarla görüş keçirib.

AİP Qadınlar Şurası və Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova  Xaçmaz Rayonunun Hacılar kəndində Ərbəin günü munasibəti ilə qadınlarla görüş keçirib.

Tədbir Həzrət Əli (ə) məscidində böyük izdihamla və əzəmətli şəkildə baş tutub. Təqribən 1500-2000 nəfərin iştirak etdiyi məclis Quran tilavəti ilə açılıb.

Bundan sonra Növrəstə xanım Kərbəla vaqiəsindən, onun baş vermə səbəbindən, Kərbəla məktəbinin həyatımızdakı önəmindən söz açıb. Müasir dünyada müqəddəs, sülhsevər İslam dinimizin adından istifadə edən və İslam düşmənlərinin marioneti olan İŞİD, Ən-Nusra və sair bəlaların dinimizin adından istifadə edərək Peyğəmbərimizin əmanətini necə məhv etməyə çalışdığını xatırlatdı: «Bu gün dünya mediasında  bütün terrorçular cihadçı, islamçı kimi yazılır. Əsas məqsəd isə İslama doğru günü-gündən artan axının qarşısını almaqdır, Yezidin 1400 il əvvəl  bacara bilmədiyini bunlar bu gün bacarmaq istəyirlər. Bunun özü göstərir ki, hər gün Kərbəla, hər yer Aşuradır».

Sonra isə o, Ərbəinin mənasını açıqladı və bildirdi ki, İmam Hüseynin və digər Kərbəla şəhidlərinin 40 mərasiminin bəzilərinin düşündüyü kimi sonradan yaranmayıb: «Ərbəin mərasimi İmam Hüseynin (ə) və digər Kərbəla şəhidlərinin şəhadəti ilindən qeyd edilir».

Növrəstə xanım söhbət  əsnasında maraqlı bir müqayisə də elədi: «Müasir dünyada ölkələr bir-birlərini qüdrətlərini, qüvvələrin nümayiş eləmək üçün hərbi paradlar keçirirlər. Müsəlman dünyasında azadlığın, ədalatin, haqpərəstliyin simvolunu özündə ehtiva edən Ərbəin yürüşü də bir növ özqüdrətini, qüvvətini göstərir».

AİP Qadınlar Şurasının sədri İmam Hüseynin (ə) Kərbəlada Allah yolunda, Quran yolunda, İslam yolunda hər şeyindən, hər bir kəsindən keçdiyini vurğuladı: «Bu hadisə bəşəriyyət tarixinə qanlı və qızıl hərflərlə yazıb. Həmin tarixi vaqiəni Peyğəmbərimizin nəvəsi, İmam Əlinin, xanım Zəhranın qızı, İmam Həsənin, İmam Hüseynin bacısı xanım Zeynəb nöqsansız şəkildə tarixə çatdırıb. Bunu heç kim sizə bilməz, çünki o tarixin möhürünü Allah vurub».

Tədbir ehsan süfrəsi ilə yekunlaşıb.