Noy 01, 2018 17:30 Asia/Baku
  • Bakıda

İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü habelə, Azərbaycanın Rəssamlar Birliyi və Uşaqların İnkişafı Mərkəzinin əməkdaşlığı ilə "Uşaqlar; sülhünkiçik carçıları" adlı rəsm sərgisi keçirilib.

İRİB-nin verdiyi məlumata görə, Bakıda, Şəhriyar evində keçirilən bu sərgi şəhid uşaqların xatirəsinə bir dəqiqəlik sükut ilə başlayıb. Sərgidə sülh, dostluq və zorakılığın olmadığı dünya mövzusunda olan 150 əsər nümayiş etdirilir. 

Əhvaz terror aktında şəhid olmuş 4 yaşlı iranlı şəhid Taha Eqdaminin rəsmini çəkmiş azərbaycanlı rəssam Vüsal Məmmədov sərgiyə baxış keçirənlərin diqqətini cəlb edib. 

İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi sərginin açılışmərasimində sülh və dostluğun möhkəmləndirilməsində incəsənətin roluna işarə edərək, deyib: Quran-Kərimdə sülh və barışığa təkid olunub. Amma, təssüflər olsun ki, bu gün bəzi insanların həqiqi İslam təlimlərindən yayınması və terror aktlarına üz tutmasının şahidiyik. Bu da ailələri didərgin düşən uşaqların ağır zərbə almasına səbəb olur.