Noy 15, 2018 10:04 Asia/Baku
  • Azərbaycan Respublikasının Xəzər dənizi məsələləri üzrə nümayəndəsi təyin olunub

Azərbaycan Respublikası prezidenti bu ölkənin Xəzər dənizi məsələləri üzrə nümayəndəsini təyin edib.

İlham Əliyev dünən bir fərmanda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovu bu ölkənin Xəzər dənizi məsələləri üzrə nümayəndəsi təyin edib. 

Azərbaycan Respublikası prezidentinin fərmanında deyilir ki, digər xəzəryanı ölkələrin xarici işlər naziləri də özlərinin avqustun 20-də Qazaxıstanın Aktau şəhərində keçirilən yığıncaqlarında əldə olunmuş razılaşmaya əsasən, Xəzər dənizinin hüquqi məsələlərinin izlənilməsi üzrə yüksək səviyyəli işçi qrupları yaradıblar.

İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan, Türkmənistan və Rusiya xəzəryanı ölkələri təşkil edirlər.