Noy 19, 2018 11:17 Asia/Baku
  • Moskva və Roma- Bakının ən böyük ticarət şərikləri
    Moskva və Roma- Bakının ən böyük ticarət şərikləri

"Bakıpost" saytı yazıb ki, İtaliya ixracat, Rusiya isə idxalat sahəsində Azərbaycan Respublikasının ən böyük ticarət şərikləridirlər.

Azərbaycan Respublikası dövlət gömrük komitəsində qeydə alınmış statistikaya əsasən, bu ölkə yanvar ayından sentyabr ayınadək olan müddətdə 23 milyard 159 milyon 400 min dollarlıq ticarət dövriyyəsinə malik olubdur. Bu müddətdə Azərbaycan Respublikasının ixracatı 15 milyard 254 milyon 200 min dollar, bu ölkənin idxalatı isə yeddi milyard 905 milyon 200 min dollar olubdur.

Beləliklə, bu müddət ərzində Azərbaycan Respublikasının ticarət dövriyyəsi yeddi milyard 349 milyon dollar müsbət göstərici ilə qeydə alınıbdır. 2018-ci ilin yanvar ayından sentyabr ayınadək olan müddətdə ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının İtaliyaya ixracatı 26,9, Türkiyəyə ixracatı 8,8, sionist rejimə ixracatı isə yeddi faiz olubdur.

Bu müddət ərzində Azərbaycan Respublikasının Rusiyadan idxalatı 15,8, Türkiyədən idxalatı 14,2, Çindən idxalatı isə 10,3 faiz olubdur. 

Azərbaycan Respublikası bir milyard 207 milyon 400 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edibdir.

Azərbaycan Respublikası idxalatının təkcə 3,1 faizi İrandan olubdur.