Noy 19, 2018 19:54 Asia/Baku
  • Bakıda İranın iştirakı ilə narkotik maddələrlə mübarizə iclası keçirilib
    Bakıda İranın iştirakı ilə narkotik maddələrlə mübarizə iclası keçirilib

Narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə hədəfi ilə BMT-nin köməkçi komissiyasının 53-cü iclası İran İslam Respublikası daxil olmaqla Mərkəzi Asiya və Yaxın Şərqin 27 ölkəsinin nümayəndələrinin iştirakı ilə Bakıda işə başlayıb.

BMT-nin narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə heyətinin ekspertləri və rəsmilərindən 20 nəfərin də iştirak etdiyi bu beşgünlük konfransda İran İslam Respublikasının prezident aparatının narkotik maddələrlə mübarizə qərargahının iki və çoxtərəfli idarəsinin sədri Mohəmməd Nərimani bu gün bu konfransdakı çıxışında narkotik maddələrlə mübarizənin bayraqdarı kimi ölkənin bu sahədə göstərdiyi fəaliyyətlər barədə hesabat təqdim edərək, dünya ictimaiyyətinin bu beynəlxalq problemlə mübarizədə İranla həmkarlıq etməsini istədi.

O, IRIB müxbiri ilə müsahibədə bildirib ki, dünya ictimaiyyətinin narkotik maddələrlə mübarizədə iştirakını cəlb etmək iranlı heyətin bu iclasdakı iştirakının başlıca hədəflərindəndir. O, deyib: 2017-ci ildə Əfqanıstanda narkotik əkini və istehsalı miqdarı misli görünməmiş həddə artaraq, təqribən on min tona çatıb və bu maddələrin digər cinayətlər, o cümlədən mütəşəkkil cinayətlər, terror hərəkətləri, xuliqanlıq və digər anti-təhlükəsizlik hərəkətlərilə əlaqəsinin olmasına görə, zərurət daşıyır ki, bu konfransda ölkəmizin narkotiklərlə mübarizə sahəsindəki parlaq fəaliyyətini dünya ictimaiyyətinə təqdim etməklə bərabər, bu sahədə digər ölkələrin siyasi əzmkarlığını da tələb edək.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin narkotik maddələrlə mübarizə polisinin əməliyyat üzrə rəis müavini polkovnik Məcid Kərimi də çıxışının bir hissəsində belə deyib: Narkotik maddələrlə mübarizə yolunda 3756 şəhid vermişik, 12 min nəfər də bu yolda əlil olubdur. Bu, onu göstərir ki, biz siyasi məsələləri daxil etmədən dünya ictimaiyyətindən gözləyirik ki, müştərək məsuliyyət prinsipinə əsasən, İran İslam Respublikası ilə həmkarlıq etsinlər.

Bu konfransın kənarında həmçinin narkotik maddələrin istehlakının nəticələrini və onun fərdi və ictimai həyatdakı təsirini göstərmək üçün 45 rəsm əsəri, foto-şəkil və həcm əsəri, eləcə də digər mədəni və bədii əsərlərdən ibarət bir sərgi keçirilibdir.