Noy 26, 2018 08:41 Asia/Baku
  • Bakıda mövlud şənliyi keçirilib
    Bakıda mövlud şənliyi keçirilib

İslamın Əziz Peyğəmbəri, Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in və dünya şiələrinin altıncı imamı- İmam Cəfər Sadiq(ə)-ın mövlud günü ilə bağlı şənlik mərasimi dünən gecə Paklıq Əhli-Beyti(ə) vurğunlarının və Azərbaycan Respublikasında yaşayan iranlıların geniş iştirakı ilə İranın Bakıdakı mədəniyyət mərkəzinin Şəhriyar mədəniyyət evində keçirilib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi Əsğər Farsi bu mərasimdə Əziz İslam Peyğəmbəri(s.ə.s)-in misilsiz şəxsiyyətini şərh edərək, Qurani-Kərim ayələrinə istinadla deyib ki, insanların nicatının yeganə yolu, Həzrət Rəsuli-Əkrəm(s.ə.s)-in yolunu getməkdir.

Teqlər