Dek 08, 2018 14:43 Asia/Baku
  • Şevron Azərbaycan Respublikasını tərk edir
    Şevron Azərbaycan Respublikasını tərk edir

Amerikanın Şevron neft şirkəti Ekson Mobil şirkətinin ardınca Azərbaycan Respublikasını tərk etmək qərarına gəlib.

Haqqın.az portalının verdiyi məlumata görə, Amerikanın Şevron şirkəti Azərbaycan Respublikasının Azəri, Çırağ və Günəşli neft yataqlarının inkişafı üzrə beynəlxalq konsersiumdakı payını satmağı planlaşdırıb. 

Bu məlumata görə, Şevron şirkəti bildirib ki, həmin yataqlardakı 9.6 faizlik payını satmaq istəyir. 

Beləliklə amerikan şirkətlər 25 illik fəaliyyətdən sonra Azərbaycan Respublikasını tərk edirlər. 

Azərbaycanın Xəzərdəki neft yataqlarının inkişafı müqaviləsində 5 amerikan şirkət fəaliyyət göstərirdi ki, onlardan üçü öncə payını sataraq Azərbaycanı tərk etmişdi. 

Ən iri Amerikan neft şirkəti olan Ekson Mobil də Azərbaycan yataqlarındakı paylarını satışa qoyub.