Dek 10, 2018 13:54 Asia/Baku
  • Erməni əsirliyində nə qədər azərbaycanlı var? - Yeni Statistika
    Erməni əsirliyində nə qədər azərbaycanlı var? - Yeni Statistika

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 7 dekabr 2018-ci il tarixinə 3888 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupunun verdiyi məlumata görə, rəsmi qeydiyyatdan keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718  nəfərdir. Ümumilikdə itkinlərin 3622  nəfərini kişilər, 266  nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir.

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir.  Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. 

Əsir-girov olan mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.

7 dekabr 2018-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1483 nəfər olub. Onlardan hərbçilər 365 nəfər, mülki şəxslər 1118 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  226-sı uşaqlar,  364-ü qadınlar,  225-i qocalar olub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlandı və 1992-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə nəticələndi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-i işğal edildi. Münaqişənin həlli üzrə beynəlxalq səylər o cümlədən ATƏT-in Minsk Qrupunun vasitəçi missiyası indiyə kimi nəticəsiz qalıb.