Dek 14, 2018 09:19 Asia/Baku
  • Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli vəziyyət yaranıb
    Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli vəziyyət yaranıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli vəziyyət yaranıb.

Əliyev dünən sonra belə deyib: Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir.

Azərbaycan Respublikasının prezidenti əlavə edib: Azərbaycan Respublikasının iqtisadi və hərbi gücü də bunu deməyə əsas verir.  Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik.

Əliyev deyib: Nə vaxta qədər ki, Azərbaycan Respublikası torpaqlarının bir hissəsi işğal altındadır, Bakı bütün imkanlardan istifadə edib, Ermənistanı təcrid vəziyyətində saxlayacaq.

Azərbaycan Respublikasının prezidenti əlavə edib: Azərbaycan Respublikasının siyasəti nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib.

Teqlər