Dek 14, 2018 19:11 Asia/Baku
  • Tehran-Bakı əlaqələrinin inkişafı vurğulanıb
    Tehran-Bakı əlaqələrinin inkişafı vurğulanıb

Azərbaycan Respublikasının prezidenti İran İslam Respublikasının təhlükəsizlik naziri ilə görüşdə iki ölkə əlaqələrinin uğurla inkişaf etməsinə toxunaraq, deyib: İki ölkə münasibətləri hazırda yüksək səviyyədədir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının təhlükəsizlik naziri Seyyed Məhmud Ələvi ilə görüşdə iki ölkə xalqlarının tarixi ortaqlıqlarına işarə edərək, əlavə edib: Hal-hazırda iki dost və qardaş ölkənin əlaqələri inkişaf edibdir.

Əliyev deyib ki, İranın prezidenti və yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasına, həmçinin Azərbaycan Respublikası rəsmilərinin İrana səfərləri qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rol oyanır.

Azərbaycan Respublikasının prezidenti sonra belə qeyd edib: Azərbaycan Respublikası ilə İran arasında imzalanmış ikitərəfli sənədlər uğurla icra olunur.

Əliyev əmin olduğunu bildirib ki, İran İslam Respublikasının təhlükəsizlik nazirinin Azərbaycan Respublikasına bu səfəri iki ölkə əlaqələrinin inkişafına kömək edəcəkdir.

Teqlər