Yan 13, 2019 17:52 Asia/Baku
  • Bakı sionist rejimdən kamikadze pilotsuzları satın alıb
    Bakı sionist rejimdən kamikadze pilotsuzları satın alıb

Azərbaycan Respublikası sionist rejimin son pilotsuz modelini satın alıb.

Aran Nyus-un sionist rejimin "Ceruzalem Post" qəzeti saytına istinadlı məlumatına görə, Azərbaycan Respublikası "Elbit Sistems" şirkətinin "Səma hücumçusu" tipli pilotsuz uçan aparatlarının ilk beynəlxalq müştərisidir.

Bu məlumata görə, həmin hərbi pilotsuz yüksək kəşfiyyat, lokatordan yayınma, raketdaşıma və yüksək uçuş saatı kimi imkanlara malikdir.

Stokholm beynəlxalq sülh araşdırma institutu Azərbaycan Respublikasını sionist rejim silahlarının üçüncü ən böyük müştərisi kimi qeyd edib. Belə ki, Azərbaycan Respublikası 2017-ci ildə bu rejimdən 137 milyon dollar dəyərində silah alqıları həyata keçiribdir.

Qeyd etmək lazımdır ki, Ermənistanla Azərbaycan Respublikası arasında baş vermiş 2016-cı il qarşıdurmasında Bakı İrəvana qarşı məhz sionist rejimin pilotsuz uçan aparatlarından istifadə etmişdi.