Yan 23, 2019 12:15 Asia/Baku
  • AŞPA Azərbaycanı alqışlayıb
    AŞPA Azərbaycanı alqışlayıb

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Azərbaycanla bağlı bəyanat yayıblar.

AzərTAC  xəbər verir ki, AŞPA üzvləri bəyanatda Mehman Hüseynovla bağlı cinayət işinə xitam verilməsinə dair Azərbaycan Baş Prokurorluğunun qərarını alqışlayıblar.

Bir neçə gün öncı, AŞPA -da Mehman Hüseynovun işi üzrə dinləmələr keçirilib. Onlar Azərbaycan hökumətini Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməyə və nəhayət, siyasi məhbuslar problemini həll etməyə çağırıblar.

Azərbaycan Respublikası Baş Prokurorluğu dünın məlumat yayıb və  artəq Mehman Hüseynovun işinə xitam verildiyini bildirib.

Məlumatda deyilib:  M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu və hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.