Yan 30, 2019 08:32 Asia/Baku
  • Azərbaycan və Ermənistan XİN başçıları görüşmək istəyirlər
    Azərbaycan və Ermənistan XİN başçıları görüşmək istəyirlər

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan fevralda Münhendə keçiriləcək təhlükəsizliklə bağlı beynəlxalq konfransda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünü istisna etməyib.

Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

“Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüşlə bağlı razılıq əldə edilsə, bunu əvvəlcədən açıqlayacağıq”, - Mnatsakayan deyib.

 Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə “Trend”ə deyib:"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün yeri və vaxtı hələ ki, müəyyənləşməyib, lakin hər şey mümkündür".

"Azərbaycan tərəfi danışıqların sadəcə danışıqlar xatirinə deyil, nəzərə çarpacaq nəticələrə yönəlməsini dəstəkləyir və bu bizim prinsipial mövqeyimizdir",- deyə L.Abdullayeva bildirib.

 

Ermənistan baş naziri Nikol Paşinyan Davosda Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə Moskvada demişdir: “Ortada heç bir nəticə yoxdur, sadəcə, söhbət edirdik”.

 

Teqlər