Fev 18, 2019 11:53 Asia/Baku
  • Rusiya: Azərbaycanlılar və çeçenlər arasında baş verənlər nəzarət altındadır
    Rusiya: Azərbaycanlılar və çeçenlər arasında baş verənlər nəzarət altındadır

Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən və geniş ictimai rezonansa səbəb olan hadisələrlə əlaqədar vəziyyət tam şəkildə şəhər hakimiyyəti və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcək.

Trend-in verdiyi məlumata görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov həmin hadisəni şərh edərkən bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.

fevralın 14-də Moskvada azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib. Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət olunan kütləvi dava zamanı azı 10 nəfər xəsarət alıb.