Mart 06, 2019 08:36 Asia/Baku
  • Tehran və Bakı iqtisadi əməkdaşlıqları genişləndirmək qərarına gəliblər
    Tehran və Bakı iqtisadi əməkdaşlıqları genişləndirmək qərarına gəliblər

İran və Azərbaycan Respublikasının iqtisadiyyat nazirləri şimal-cənub dəhlizinin təkmilləşdirilməsi xüsusiyyət təşkil etməklə iqtisadi əməkdaşlıqların genişləndirilməsi, həmçinin pul və bank sahələrində razılığa gəliblər.

İranın iqtisadi və maliyyə məsələləri naziri Fərhad Dejpəsənd dünən Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə qonşularla, xüsusən Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsini İran dövlətinin strateji siyasətlərindən adlandırıb.

Rəşt-Astara dəmiryolu layihəsi daxil olmaqla iki ölkə arasındakı bəzi layihələrin zəif inkişafına toxunan Dejpəsənd iki ölkə arasında imzalanmış razılaşmaların icrasına nəzarət üçün bir heyətin yaradılmasını təklif edib. Təklif azəri tərəfin rəğbətilə üzləşib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də Rəşt-Astara dəmiryolu layihəsindən qalan hissələrin təkmilləşdirilməsi üçün hazırlıq elan edib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri həmçinin ötən ildə iki ölkənin ticarət mübadilələri həcminin 74 faizlik inkişafına toxunaraq, bu rəqəmi 450 milyon dollar elan edib və bildirib ki, bu miqdardan 420 milyon dollar İran ixracatının payna düşür.

Mustafayev əlavə edib: Hal-hazırda İranın Azərbaycan Respublikasındakı avtomobilqayırma zavodu qənaətbəxş mənfəətə çatıb və Bakı avtobus istehsalı sahəsində iranlı şirkətlərlə yeni müqavilə bağlamaq niyyətindədir.