Mart 06, 2019 09:11 Asia/Baku
  • İranın elektrik şəbəkəsi Rusiyaya qoşulacaq
    İranın elektrik şəbəkəsi Rusiyaya qoşulacaq

İranın energetika naziri deyib ki, İranın elektrik şəbəkəsi Azərbaycan Respublikası vasitəsilə Rusiyaya qoşulacaq.

İranın energetika naziri Reza Ərdəkanyan dünən Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə deyib ki, iki ölkənin təmiz enerjilərdən istifadə sahəsində əməkdaşlıq zəminləri mövcuddur.

İranın energetika naziri əlavə edib: Hazırda İran ilə Azərbaycan Respublikası arasında enerji mübadiləsi müqaviləsi bərqərardır və iki ölkə su və işıq sahələrində yaxşı həmkarlığa malikdir.

Şahin Mustafayev də iki ölkə həmkarlıqlarının qədim tarixinə toxunub: İki ölkənin məşvərətlərində daim İran-Azərbaycan Respublikası-Rusiya, İran-Azərbaycan Respublikası-Gürcüstan və İran-Azərbaycan Respublikası-Türkiyə kimi üçtərəfli əməkdaşlıqlar haqda fikir mübadilələri aparılır.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Ərdəkanianla görüşdən öncə İranın iqtisadi və maliyyə məsələləri naziri ilə görüşərək, onunla şimal-cənub dəhlizinin təkmilləşdirilməsi xüsusiyyət təşkil etməklə iqtisadi əməkdaşlıqların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıbdır.