Mart 06, 2019 12:11 Asia/Baku
  • Bakıda yanğın nəticəsində iki nəfər ölüb, altı nəfər bədən xəsarəti alıb
    Bakıda yanğın nəticəsində iki nəfər ölüb, altı nəfər bədən xəsarəti alıb

Bakının Nərimanov rayonundakı beşmərtəbəli bir binanın üçüncü mərtəbəsində yanğn nəticəsində iki nəfər ölüb, altı nəfər də boğuntu halına düşüb və ya bədən xəsarəti alıbdır.

Bu hadisə dünən gecə baş verib. Nəticədə bir kişi həyat yoldaşı ilə yanaşı, boğulma səbəbindən həyatını itirib, altı nəfər də tüstüdən irəli gələn boğulma və ya yanıq səbəbindən müalicə mərkəzlərinə köçürülübdür.

Yanğınsöndürmə və xilasetmə qruplarının iştirakı ilə bu köhnə binada yanğının söndürülməsi fövqəladə çıxış yolunun olmamasına görə, çətinliklə həyata keçirilib və sonda yanğın söndürülübdür.

İlkin araşdırmalara əsasən, bu hadisə elektrik xəttində qısa qapanma nəticəsində baş veribdir.