Mart 15, 2019 20:52 Asia/Baku
  • Dərman zavodunun inşası sürətləndiriləcək

İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Bakının Pirallahı sənaye məntəqəsində müştərək dərman zavodunun inşası qarşısında duran problemləri araşdırıblar.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, müştərək dərman zavodunun inşasında fəal olan şirkətlərin nümayəndələrinin də iştirak etdiyi bu iclasda İranın iqtisadiyyat naziri Fərhad Dejpəsənd və onun azərbaycanlı həmkarı Şahin Mustafayev zavodun inşası layihəsi qarşısındakı problemlər barədə fikir mübadiləsi aparıb və müəyyən qərarlar da qəbul ediblər. Bu iclasdan öncə nazirlər zavodun inşa edilməli olan əraziyə baxış keçirmişlər.

İran və Azərbaycanın müştərək dərman zavodunun inşa əməliyyatı iki il öncə İranın sosiyal təminat təşkilatının tabeliyində olan investisiya şirkətinin əməkdaşlığı və Azərbaycanın iqtisadiyyat nazirliyinin və Azərsun şirkətinin investisiyası ilə başlandı amma müəyyən səbəblərə görə zavodun inşa əməliyyatı lazımı sürətə malik deyildir.

Bu zavodun inşasında İranın payı 49 faiz təşkil edir.