Mart 17, 2019 12:41 Asia/Baku
  • Masallıda novruz şənliyi
    Masallıda novruz şənliyi

Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Masallı şəhərində beynəlxalq Bahar şənliyi keçirilib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət mərkəzi bu şənlik mərasimində İran mədəniyyəti və adət-ənənələrinə dair cilvələr nümayiş etdirib. 

İranın səfirliyinin mədəniyyət attaşeliyi "Beynəlxalq Bahar Şənliyi"ndə insanları İran mədəniyyəti və sivilizasiyasının qədim tarixi habelə, İranda Novruz bayramının keçmişi ilə tanış etməyə çalışıb. 

Novruz bayramı dünyanın 12 ölkəsində rəsmən qeyd olunan bir bayramdır. Amma, Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Albaniyada "Novruz" bayramı rəsmi tətil günüdür. 

BMT-nin Baş Assambleyası 21 martı "Ümümdünya Novruz Günü" elan edib.