Mart 17, 2019 21:39 Asia/Baku
  • İranlı gimnast Səid Rza Keyxa Bakıda keçirilən yarışlarda 5-ci oldu
    İranlı gimnast Səid Rza Keyxa Bakıda keçirilən yarışlarda 5-ci oldu

İranın tanınmış gimnastı Səid Rza Keyxa Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının ikinci mərhələsində 5-ci olmağı bacarıb.

İRİB-nin bildirdiyinə görə, Bakıda keçirilən yarışların dördüncü və sonuncu günündə Səid Rza Keyxa dəstəli at üzərində 13.7 xal ilə beşinci oldu.

Bu  yarışlarda ilk dörd yeri müvafiq olaraq Yaponiya, Fransa, Çin və Qazaxıstandan olan gimnastlar özlərinə aid ediblər.

İranın Gimnastika Federasiyasının katibi Möhsün Süleymani yarışların yarımfinal mərhələsində Keyxanın 14.7 xal ilə üçüncü olduğunu deyərək, əlavə etdi: təəssüflər olsun ki, bu gün son etapda Keyxa dəstəli at üzərində zəif performans sərgilədiyi və son sıçrayışı tam formada yerinə yetirə bilmədiyi üçün 13.7 xal ilə beşinci oldu.