Apr 18, 2019 17:20 Asia/Baku
  • İranın sənaye, mədən və ticarət naziri Bakıya səfər edib

İranın sənaye, mədən və ticarət naziri Azərbaycan Respublikasının bəzi rəsmilərilə görüşmək və onlarla iki ölkə əlaqələrinin inkişaf yollarını araşdırmaq məqsədilə bu gün Bakıya daxil olub.

İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin Azərbaycan Respublikasına ikigünlük səfəri bəzi birgə layihələrin icra gedişatını və müxtəlif iqtisadi sahələrdə iki ölkə əlaqələrinin inkişaf yollarını araşdırmaq məqsədilə həyata keçir.

İranın sənaye, mədən və ticarət naziri bu səfərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ilə də görüşəcək.

Bakının cənubunda İran və Azərbaycan Respublikasının birgə avtobusqayırma zavodunun təməlinin qoyulması mərasimi və iki ölkənin ticarət konfransında iştirak, Rəhmaninin Bakı səfərinin proqramına daxildir.

İranın sənaye, mədən və ticarət naziri həmçinin Mərkəzi Asiyada fəaliyyət göstərən iranlı iş adamlarından bir qrupu ilə görüşəcəkdir.

Teqlər