Apr 18, 2019 19:34 Asia/Baku
  • Tehran-Bakı ticarət əlaqələrinə təkid edilib

İranın sənaye, mədən və ticarət naziri Azərbaycan Respublikasına səfər proqramının ilk təşəbbüsü olaraq Azərbaycan Respublikası prezidenti ilə görüşüb. Görüşdə iki ölkə arasında ticarət və sənaye əməkdaşlıqları müzakirə edilib.

İRNA-nın verdiyi məlumata görə, iki ölkənin sənaye, investisiya, ticarət sahələrindəki əməkdaşlıqlarının genişləndirilməsi əsas müzakirə predmetini təşkil edib. Həmçinin regional əməkdaşlıqların genişləndirilməsi də müzakirə edilib. 

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşündə İranda sel nəticəsində zərər çəkənlərə Azərbaycanın yardım göndərməsini yüksək qiymətləndirib və iki ölkə arasında iqtisadi, sənaye və investisiya sahələrində imzalanmış razılaşmaların həyata keçirilməsini vurğulayıb. 

Rəhmani iki ölkə sərhədlərində müştərək sənaye zonasının yaradılmasını təklif edib və bu təklif Azərbaycan Respublikası prezidenti tərəfindən müsbət qiymətləndirilib, qərara alınıb ki, bu təklifin həyata keçirilməsi yolları və təfərrüatını iki tərəf araşdırsın. 

Görüşdə həmçinin İran və Azərbaycan respublikasının özək sektoruna dəstək də vurğulanıb. 

İranın sənaye, mədən və ticarət naziri bu gün Azərbaycan Respubliksı rəhbərləri ilə görüşmək və əlaqələrin inkişafı yollarını araşdırmaq məqsədi ilə Bakıya daxil olub. 

Teqlər