May 09, 2019 22:08 Asia/Baku
  • Xəzərdə gəmidə partlayış olub - Yaralılar var

Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.

Partlayış nəticəsində 10-dan çox yaralı var. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

Məlumatda gəmidə Malayziya, Xorvatiya və Rumıniya vətəndaşlarının olduğu da bildirilir.

 

Teqlər