İyun 14, 2019 13:54 Asia/Baku
  • İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Dünən axşam Bakıda İran İslam Respublikası və Azərbaycan Respublikası arasında yol nəqliyyatı memorandumu imzalanıb.

Bu anlaşma sənədi yol nəqliyyatı həmkarlıqları üzrə birgə komissiyanın ikigünlük müzakirələrinin sonunda İran İslam Respublikasının yol və şəhərsalma nazirliyinin yol nəqliyyatı və yolların qorunması təşkilatının beynəlxalq nəqliyyat və tranzit şöbəsinin baş müdiri Mənuçehr Səlmanzade və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Yol Nəqliyyatı İdarəsinin rəisi Həbib Hüseynov tərəfindən imzalanıb.

Səlmanzade verdiyi müsahibədə bu memorandumun imzalanmasını iki qonşu ölkənin yol nəqliyyatı sahəsindəki əməkdaşlıqlarının genişləndirilməsi üçün mühüm adlandırıb.

O, deyib: Bu ikigünlük müzakirələrdə həmçinin müntəzəm Bakı-Məşhəd, habelə Bakı-Tehran-Kərbəla sərnişin xətlərinin işə salınması barədə razılıq əldə olunub və yaxın gələcəkdə bu xətlər üzrə səfərlər həyata keçəcəkdir.

Azərbaycan Respublikasından İran ərazisinə daxil olan avtobusların orta yaş səviyyəsinin yeddi ilə endirilməsi, İran ərazisi vasitəsilə Bakı-Naxçıvan istiqamətində sərnişin avtobuslarının hərəkəti üçün lazımi şəraitin yaradılması və iki tərəfin regional və beynəlxalq təşkilatlardakı həmkarlıqlarının genişləndirilməsi iki ölkə ekspertlərnin müzakirələrinin başlıca mehvərlərindən olubdur.

 

Teqlər