İyun 17, 2019 17:45 Asia/Baku
  • Bakıda İranın iştirakı ilə Ümumdünya Turizm Təşkilatının İcra Şurasının iclası başlanıb
    Bakıda İranın iştirakı ilə Ümumdünya Turizm Təşkilatının İcra Şurasının iclası başlanıb

Bu gün Bakıda Ümumdünya Turizm Təşkilatının İcra Şurasının yüz onuncu iclası başlanıb. İclasda İran daxil olmaqla şuraya üzv 34 ölkənin nümayəndələri iştirak edirlər.

Hazırda Ümumdünya Turizm Təşkilatına 158 ölkə üzvdür. Onların arasında İran daxil olmaqla 34 ölkə bu təşkilatın icra şurasına üzvdür.