İyun 19, 2019 11:41 Asia/Baku
  • İran və Azərbaycan R-nın birgə layihəsi istifadəyə verilib
    İran və Azərbaycan R-nın birgə layihəsi istifadəyə verilib

İran və Azərbaycan Respublikasının gömrük idarələrinin baş müdirlərinin iştirakı ilə İranın Gilan vilayətində yerləşən Astara müştərək sərhədində "Elektron TİR" adlı birgə sınaq layihəsinin açılışı olub.

İran İslam Respublikasının Gömrük İdarəsinin baş müdiri dünən Astara liman şəhərində yerləşən sərhəd körpüsündə bu layihənin sınaq istifadəyə verilməsi mərasimində deyib: Dünyada beynəlxalq ticarət həcminin 20 trilyard dollar olması sərhədlərin önəmindən xəbər verir və Çin, Hindistan, İran və Azərbaycan Respubliikası kimi ölkələr əla beynəlxalq mövqedə yerləşdikləri üçün bu fürsətlərdən istifadə etməlidirlər.

İranın Gömrük İdarəsinin baş müdiri sonra deyib: Bizim səyimiz, İran-Azərbaycan Respubliikası münasibətlərini genişləndirməkdir və gömrük həmkarlıqları səviyyəsi bütün gömrük sektorlarında işçi qruplarının yaradılması ilə müyəssər olubdur.

Azərbaycan Respubliikasının Gömrük İdarəsinin  rəisi Səfər Mehdiyev də bu mərasimdə deyib: Xoşbəxtlikdən, son illər ərzində gömrük sahəsində İranla xas problemlərimiz olmayıb və "Elektron TİR" də əmtəə mallarının təhlükəsizliyinin təmininə, həmçinin ticarət və nəqliyyatın sürətlənməsinə səbəb olacaqdır.

Astara limanı İranın üçüncü izdihamlı sərhədidir və hər il 800 minə yaxın daxili və xarici müsafir oradan gediş-gəliş edir.