İyul 10, 2019 21:30 Asia/Baku
  • YUNESKO-nun beynəlxalq irs komitəsinin 43-cü iclası başa çatıb
    YUNESKO-nun beynəlxalq irs komitəsinin 43-cü iclası başa çatıb

YUNESKO-nun beynəlxalq irs komitəsinin 43-cü iclası iki gün fəaliyyətdən sonra bu gün Bakıda başa çatıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev bu gün bu iclasın sonunda bir mətbuat konfransında iştirak edərək, YUNESKO-nun beynəlxalq irs komitəsinin 43-cü iclasının nəticələrinə işarə edib və belə deyib: Bu iclasda 29 yeni iş daxil olmaqla bütövlükdə 166 dosya bu təşkilatın beynəlxalq irs siyahısı üçün araşdırılaraq təsdiq olunub.

Qarayev həmçinin İran İslam Respublikası tərəfindən bu iclasa təqdim olunmuş iş əsasında Hirkani meşələrinin YUNESKO-nun beynəlxalq irs siyahısinda qeydə alınmasına toxunaraq, deyib: Hirkani meşələrinin bir hissəsinin Azərbaycan Respublikasının əraizisində yerləşməsinə əsasən, gələcəkdə Azərbaycan Respublikasının bu işə əlavə olunması da mümkün olacaqdır.