İyul 18, 2019 18:05 Asia/Baku
  • İran ilə Azərbaycan Respublikası arasında hərbi əməkdaşlıqların genişləndirilməsi vurğulanıb

Azərbaycan Respublikasının müdafiə naziri Bakıda İran İslam Respublikasının səfiri ilə görüşündə iki ölkə arasındakı hərbi əməkdaşlıqların uğurla davam etdiyini bildirib.

İRİB-in verdiyi məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri General Zakir Həsənov İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə ilə görüşündə Dəniz çempionatı hərbi yarışlarının Azərbaycanda keçiriləcəyini xatırladaraq iki ölkənin dəniz qoşunalrının bu yarışlarda iştirakının Xəzərdə təhlükəsizliyin təmininə öz töhvəsini verəcəyini deyib.

İİR-nın Azərbaycan Respublikasındakı səfiri də bu görüşdə iki ölkə arasındakı hərbi əməkdaşlıqların regional təhlükəsizliyin təmin edilməsi istiqamətində zərurət daşıdığını vurğulayıb.

Görüşdə tərəflər iki ölkənin hərbi heyətlərinin qarşılıqlı əməkdaşlıqlarının genişləndirilməsi barədə danışıqlar aparıblar.

 

Teqlər