Avq 21, 2019 15:01 Asia/Baku
  • Azərbaycan Respublikasında Hirkani meşələrində yanğın davam edir
    Azərbaycan Respublikasında Hirkani meşələrində yanğın davam edir

Hirkani meşələri yerli vaxtla dünən saat 14 radələrində Lənkəran rayonunun Təngivan kəndinin yaxınlığında yanğına düçar olub.

Azərbaycan Respublikası ərazisində Hirkani meşələrinin bir hissəsindəki yanğının söndürülməsi üçün bir ədəd yanğınsöndürmə təyyarəsi və iki ədəd vertolyotdan istifadə olundu.

Azərbaycan Respublikasının fövqəladə hallar nazirliyinin yanğınsöndürmə qrupları, passiv müqavimət işçiləri və bu ölkənin ekologiya və təbii sərvətlər nazirliyi yanğını söndürmək və onun yayılmasının qarşısını almaq üçün səy göstərirlər.

Azərbaycan Respublikası ərazisində Hirkani meşələrinin ümumi sahəsi təqribən 20 min hektardır.