Avq 27, 2019 19:52 Asia/Baku
  • Türkiyə-Azərbaycan R.-Gürcüstan hərbi manevri
    Türkiyə-Azərbaycan R.-Gürcüstan hərbi manevri

Tezliklə Bakıda Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanın birgə hərbi manevri keçiriləcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, bu manevr kompüter sistemindən istifadə ilə "Əbədiyyət-2019" qərargah komandanlığı təlim-məşqləri" adı altında keçiriləcək.

Bu birgə hərbi manevr Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin "Silahlı Qüvvələrin Oyunları Mərkəzi"ndə və səhrada nəzəri və praktik bölmələrdə keçiriləcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə, regional iqtisadi layihələrin qorunması əməliyyatının məşq edilməsi, bu hərbi-təlim-məşqlərin başlıca məqsədlərindəndir.

Bu birgə hərbi manevr sentyabrın ikisində başlayaraq, dörd gün davam edəcəkdir.