Sen 04, 2019 12:22 Asia/Baku
  • İran treyleri Azərbaycan R-da qatarla toqquşub
    İran treyleri Azərbaycan R-da qatarla toqquşub

İranın bir ədəd tranzit treylerinin Azərbaycan Respublikasının Sabirabad rayonunda qatarla toqquşması nəticəsində bu istiqamətdə qatarların hərəkəti dayanıb.

30-40 ton püstə yükü ilə Azərbaycan Respublikasına daxil olmuş İran tranzit treyleri yerli vaxtla bu gün səhər saat 09-10 dəqiqədə Azərbaycan Respublikasının Sabirabad rayonunun Minbaşı kəndində Şirvan-İmişli dəmiryolunun Şirvan-Salyan şose yolu ilə kəsişməsində, kəşişmədən keçərkən qatarla toqquşubdur.

Bu hadisə insan tələfatına səbəb olmayıb, lakin bu istiqamətdə qatarların dayanmasına səbəb olubdur.

İran treylerinin sürücüsü, İran vətəndaşı Seyyed Rəşid Seyyed Entezardır.