Sen 14, 2019 12:11 Asia/Baku
  • NATO və Azərbaycan R-nın birgə manevri keçirilib
    NATO və Azərbaycan R-nın birgə manevri keçirilib

Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun və Azərbaycan Respublikası ordusunun birgə manevri bu ölkənin paytaxtı Bakı şəhərinin ətrafında keçirilib.

Azərbaycan Respublikasının müdafiə nazirliyi dünən bildirib ki, bu manevr NATO-nun əməliyyat fürsətləri proqramı formasında və Azərbaycan Respublikası ordusunun bir neçə ədəd Miq-17 tipli hərbi vertolyotu və kəşfiyyat qruplarının iştirakı ilə keçirilib.

Manevrin keçirilməsində məqsəd, NATO-nun əməliyyat fürsətləri proqramında iştirak üçün bu təşkilatın standartları ilə Azərbaycan Respublikası ordusunun hərbi bölmələrinin təchiz edilməsi səviyyəsinə uyğunluq və fəaliyyət, həmçinin döyüş hazırlığının dəyərləndiirlməsi elan olunubdur.

Azərbaycan Respublikası- NATO münasibətiləri 1994-cü ildən başlanıb. İki tərəf müxtəlif sahələrdə, o cümlədən azəri hərbçilərin NATO standartlarına əsasən təlimi, Azərbaycan Respublikasının bəzi məntəqələrində minaların təmizlənməsi əməliyyatı və Əfqanıstanda sülhü mühafizə əməliyyatında iştirak sahələrində həmkarlıq edir.