Sen 24, 2019 09:12 Asia/Baku
  • Bakıda Türkiyə, Gürcüstan və Azərbaycan R-nın birgə manevri başlanıb
    Bakıda Türkiyə, Gürcüstan və Azərbaycan R-nın birgə manevri başlanıb

Bakıda Türkiyə, Gürcüstan və Azərbaycan Respublikasının “Qafqaz şahini-2019” adlı birgə manevri başlanıb.

Azərbaycan Respublikası müdafiə nazirliyinin bildirişinə əsasən, bu manevr Türkiyə, Gürcüstan və Azərbaycan Respublikasının müdafiə nazirlərinin razılığı əsasında üç ölkənin xüsusi qüvvələrinin iştirakı ilə sentyabrın 23-də başlanıb və oktyabrın birinədək davam edəcək.

Manevrdə hava təchizatlarından istifadə edilərək, xüsusi bölmə qüvvələri tərəfindən müxtəlif tapşırıqlar, o cümlədən yaralıların köçürülmələri, girovların azad edilmələri, xəyali hədəflərin məhv edilməsi əməliyyatı həyata keçiriləcək.

Bu müştərək manevrdə Pakistanın silahlı qüvvələri nəzarətçi kimi iştirak edirlər.

 

Teqlər