Okt 01, 2019 18:00 Asia/Baku
  • Bakı Tehranla münasibətlərin genişləndirilməsi üçün bir məhdudiyyətə malik deyil
    Bakı Tehranla münasibətlərin genişləndirilməsi üçün bir məhdudiyyətə malik deyil

Azərbaycan Respublikasının Tehrandakı səfiri deyib ki, Bakı Tehranla münasibətlərin genişləndirilməsi üçün bir məhdudiyyətə malik deyildir.

Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov bu gün İranın Şərqi Azərbaycan valisi ilə görüşdə əlavə edib: Hal-hazırda ikitərəfli münasibətlərin genişləndirilməsi həm Tehran, həm də Bakının xeyrinədir və iki tərəf bu münasibətləri günbəgün genişəndirməlidir.

Azərbaycan Respublikasının Tehrandakı səfiri həmçinin deyib ki, ötən il İran və Azərbaycan Respublikasının ticarət mübadilələri səviyyəsi 74 faiz artıbdır. O, əlavə edib: İki ölkə tranzit, nəqliyyat, avtomobilqayırma, səhiyyə, energetika, kənd təsərrüfatı, elm, texnologiya və mədəniyyət sahələrində olduqca yaxşı münasibətlərə malikdirlər və Azərbaycan Respublikası iranlı investorların bu ölkədə fəaliyyət göstərmələrini himayə edir.

İranın Şərqi Azərbaycan valisi Mohəmmədreza Pourmohəmmədi də bu görüşdə bildiribdir ki, iki ölkə prezidentlərinin əməkdaşlığın genişləndirilməsinə olan iradəsi özünün ən yüksək səviyyəsində durur və İran ikitərəfli münasibətləri bütün sahələrdə genişləndirməyə tam hazırdır.

 

Teqlər