Okt 17, 2019 19:07 Asia/Baku
  • T. Kərimli İranın bilik əsaslı şirkətləri ilə həmkarlığın inkişafını vurğulayıb
    T. Kərimli İranın bilik əsaslı şirkətləri ilə həmkarlığın inkişafını vurğulayıb

Azərbaycan Respublikası İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri İranın bilik əsaslı şirkətləri ilə həmkarlığın inkişafını vurğulayıb.

Bu gün günortadan öncə iranlı bilik əsaslı şirkətlərin məsul şəxsləri və fəallarından bir qrupunun iştirakı ilə Bakıda keçirilən bu görüşdə Tural Kərimli iranlı bilik əsaslı şirkətlərin tanışlığı üçün bu agentliyin fəaliyyətlərini şərh edib.

O, sonra İran İslam Respublikasının “start up” sahəsindəki fəaliyyətlərinə toxunaraq, deyib: Bu ilin yayında İrana olmuş səfərimdə dünya bazarlarına təqdim olunmağa hazır olan İranın bilik əsaslı şirkətlərinin məhsullarını gördüm. Biz onları Azərbaycan Respublikası bazarlarına köçürə bilərik.

Azərbaycan Respublikası İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri əlavə edib: İran İslam Respublikası bu ölkədə 4700 bilik əsaslı şirkətin fəaliyyət göstərməsinə görə, bizim əməkdaşlıqlarımızın inkişaf etdirilməsi üçün mühüm ölkərlərdən biri hesab olunur.