Okt 18, 2019 13:10 Asia/Baku
  • Həmsədrlər prezidentlə görüşüblər
    Həmsədrlər prezidentlə görüşüblər

Oktyabrın 17- ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüblər.

AzərTac-ın məlumata görə, görüşdə Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin hazırki vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri də Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən öz narahatlıqlarını bildiriblər.

Siyasi turistlər kimi tanınan həmsədrlər Ermənistana və Qarabağa səfər etdikdən sonra Bakıya gəliblər.

Minsk qrupu həmsədrlərinin bölgəyə səfərlərinin nəticəsi sadəcə Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərini bu ilin sonuna qədər ənənəvi görüşdürmələri olacaq.