Qoşulmama Hərəkatının 18-ci zirvə görüşü başa çatıb
Qoşulmama Hərəkatına üzv ölkələrin 18-ci zirvə görüşü Bakıda öz işini başa vurub.
Dünən axşam başa çatmış bu ikigünlük sammitdə Fələstin xalqının amallarına dəstək istiqamətində bir bəyanat yayılıb.
Qoşulmama Hərəkatına üzv ölkələrin 18-ci zirvə görüşündə onun dövri sədrliyi Azərbaycan Respublikasına həvalə olunub. Venesuela üç il müddətinə ona sədrlik edibdir.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu sammitin sonunda bildirib ki, bu ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki prioritetləri hərəkatın Bandunq priinsiplərinə söykənəcək.
Asiya-Afrika konfransı da adlandırılan Bandunq konfransı 1955-ci ildə 29 ölkənin iştirakı ilə İndoneziyaının Bandunq şəhərində keçirilən böyük bir konfrans idi. Əksər iştirakçı ölkələr yenicə istiqlaliyyət əldə etmiş ölkələr idi. Bu konfransın məqsədləri, Asiya və Afrika arasında iqtisadi və mədəni həmkarlıqları irəlilətmək, müstəmləkəçilik, həmçinin ABŞ və SSRİ tərəfindən həyata keçirilən yeni müstəmləkəçiliklə ziddiyyət idi.
Qoşulmama Hərəkatına üzv ölkələrin 18-ci zirvə görüşü oktyabrın 25-i və 26-da Bakıda keçirildi.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu beynəlxalq sammitdə iştirak edən dövlət və hökumət başçılarının qarşısındakı çıxışında İran İslam Respublikasının mühüm regional və beynəlxalq məsələlər barəsindəki baxış və mövqelərini bəyan və şərh etdi.