Noy 11, 2019 14:07 Asia/Baku
  • İslam Partiyasından Cəmil Həsənliyə cavab
    İslam Partiyasından Cəmil Həsənliyə cavab

Milli Şura sədri Cəmil Həsənli "Azərbaycan saatı" verilişində AİP-in ünvanına sərt ittihamlar səsləndirib.

Cəmil Həsənli AİP rəsmilərindən birinin onunla görüşmək istədiyini və görüş təyin olunan yerin gizli kamera ilə quraşdırıldığını iddia edib.

Onun açıqlamasına AİP-in sədr müavini Akif Heydərli islamınsəsi saytı vasitəsilə cavab verib. Bildirib ki, 8 oktyabr tarixində Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşisinda piket keçirdi. Bütün hökumətyönlü sayt və mətbuat orqanları piketin İslam Partiyası tərəfindən idarə olunmasını detallarıyla sübüt etməyə çalışdı.

Cəmil Həsənli Amerikaya çağrıldı, bu quruma Milli Şuranın tədbirlərində iştirak etmək icazəsi belə verilmədiyini sübüt etməyə məcbur edildi.

 Cəmil Həsənlinin bu istiqamətdə yalan, şər və böhtan dolu, həya və abırdan uzaq ssenarini səsləndirildi. 

Onu deyim ki, Azərbaycan İslam Partiyasına qarşı hazırkı hakimiyyət bütün bacardığını etmişdir.

 Ümumiyyətlə İslam əqidəsində xəyanət Cəmil Həsənlinin düşüncə tərzindəki kimi deyil. Əksinə, bu əqidədə şəhidlik vardır, çətin ki, dünyahəris C.Həsənli bunu anlaya bilə. Anlasaydı dünya şöhrətli kinorejissor, 2013-cü il prezident seçkilərində prezidentliyə namizəd Rüstəm İbrahimbəyovu hakimiyyətlə sövdələşməyə gedərək ofsaytda qoymazdı.

 Milli Şuraya xəyanət, ailəyə xəyanət, millətin mental xüsusiyyətlərinə xəyanət, dövlətə xəyanət edən Cəmil Həsənli və onun kimi başı boşuna ağardan cəmillər çoxdur. Şər və böhtanlara, yalanlara, yalaqlara görə onun və onların cəzasını inanıram ki, Allah verəcək. Mən vaxtilə Araz Əlazadəni özlüyümdə qınamışdım ki, qoca kişiyə səhvini üzünə deməzlər. Amma səhvlər elə Cəmil Həsənlinin fizionomiyasına ölçülübmüş, fikirləri də özü kimi üfunətli imiş."