Noy 15, 2019 14:37 Asia/Baku
  • Ə.Qarayev İranla mədəni əlaqələrin genişləndirilməsini vurğulayıb
    Ə.Qarayev İranla mədəni əlaqələrin genişləndirilməsini vurğulayıb

Azərbaycan Respublikasının mədəniyyət naziri deyib ki, bu ölkə ilə İran arasında mədəniyyət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Əbulfəs Qarayev dünən axşam İranın İslami mədəniyyət və əlaqələr təşkilatının sədri Əbuzər Ebrahimi Torkəman ilə görüşdə əlavə edib: İki ölkənin müxtəlif mədəniyyət sahələrindəki əməkdaşlığı uğurlu olubdur.

O, deyib: İran kinosunun Azərbaycan Respublikasındakı uğurları yaxından izlənilir və bu sahədə İranın təcrübələrindən istifadə etməyə maraqlıyıq.

Ebrahimi Torkəman da çərşənbə günü Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşünə toxunaraq deyib: Son illərdə İran-Azərbaycan Respublikası əlaqələri nəzərəçarpacaq inkişafa malik olubdur. Bizim məqsədimiz, bu həmkarlığın davam etməsidir.

70 ölkədən olan din xadimləri, alimlər, elmi, ictimai və mədəni şəxsiyyətlərdən 500 nəfərin iştirakı ilə keçirilən dini məsələlər üzrə ikigünlük beynəlxalq konfrans dünən Bakıda işə başlayıb.