Bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb
Noy 18, 2019 10:32 Asia/Baku
Azərbaycanda bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün 499 müşahidəçi qeydə alınıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.
Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində iştirak üçün 22 529 nəfərin namizədliyi qeydə alınıb.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.