Dek 01, 2019 15:10 Asia/Baku
  • Fuad Muradov: Sionist rejim
    Fuad Muradov: Sionist rejim "Erməni soyqırımı"-nı tanımamalıdır

Azərbvaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri işğal olunmuş Fələstinə səfərində deyib: Təl-Əviv "Ermənilərin soyqırımı"-nı rəsmən tanımamalıdır.

AranNeyus-un vrediyi məlumata görə, Fuad Muradov xəbərdarlıq edib ki, İsrail "Erməni soyqırımı"-nı rəsmən tanıyarsa Bakı-Təl-Əviv əlaqələrinə ziyan vurmuş olacaq. 

Azərbaycanlı rəsmi həmçinin Ermənistan səfirliyinin İsraildə açılması ehtimalı barədə nigaranlıq bildirərək deyib: İrəvan Qarabağ münaqişəsini Azərbaycan Respublikası ilə Ermənistan arasında dini münaqişə qələmə verməyə cəhd göstərir ancaq bu həqiqətdən uzaqdır və Qarabağ münaqişəsi dini mahiyyət daşımır. 

Fuad Muradov deyib: İsrail 1992-ci il fevral ayında Xocalıda 613 azərbaycanlı mülkinin Ermənistan tərəfindən qırğın edilməsini görməməzliyə vurmamalıdır.

Azərbaycan Respublikası rəsmiləri sionist rejim ilə əlaqələri genişləndirməyə elə bir şəraitdə səy göstərirlər ki, bu ölkə xalqının böyük hissəsi və bəzi siyasi partiyalar sionist rejimin Azərbaycan Respublikasının daxili işlərinə müdaxiləsini daima tənqid edirlər.