Dek 01, 2019 19:02 Asia/Baku
  • Azərbaycan Respublikası baş nazirinin müavini parlamentin buraxılmasına çağırıb
    Azərbaycan Respublikası baş nazirinin müavini parlamentin buraxılmasına çağırıb

Azərbaycan Respublikası baş nazirinin müavini parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə çağırıb.

Azərtacın verdiyi məlumata görə, baş nazirin müavini və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Bakıda keçirilən mətbuat konfransında parlamentin tezliklə buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyinə ümidvar olduğunu bildirib. 

O mənsub olduğu partiyanın bu barədəki qərarına toxunaraq deyib: Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar qanunvericilik hüdudlarından çıxmamalıdır. 

Hal-hazırda Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinin yarıdan çoxu Yeni Azərbaycan Partiyasının üzvləridir və parlamentin buraxılması ideyası onların tərəfindən gündəmə gətirilib. 

Parlament buraxılarsa indiki parlament növbədənkənar seçkilərin nəticələri elan olunanadək öz fəaliyyətini davam etdirməlidir.