Dek 02, 2019 15:30 Asia/Baku
  • Milli Məclisin sonu
    Milli Məclisin sonu

Sabah Azərbaycan Respublikası Milli Məclisinin sonuncu plenar iclası keçirilə bilər.

APA-nın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında Oqtay Əsədov deyib.

Spiker Oqtay Əsədov həmçinin bildirib ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı  qərarın hazırlanması üçün redaksiya yaradılıb.

Spiker qeyd edib ki, redaksiya heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Əli Hüseynli, Fəzail İbrahimli, Sahibə Qafarova, Səməd Seyidov daxildir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər.