Dek 09, 2019 19:00 Asia/Baku
  • İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub
    İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub

İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb.

APA-nın məlumatına görə, İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında tüstülənmə qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.

Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur.