Dek 10, 2019 09:22 Asia/Baku
  • İranın iştirakı ilə Bakıda mədəniyyət sərgisi keçirilib
    İranın iştirakı ilə Bakıda mədəniyyət sərgisi keçirilib

İran İslam Respublikası daxil olmaqla bir neçə ölkənin iştirakı ilə Bakıda Azərbaycan Respublikasının Milli Xalça Muzeyində beynəlxalq mədəniyyət-incəsənət sərgisi keçirilib.

Bu birgünlük sərgidə Misir, Macarıstan, Pakistan, Ukrayna, Rusiya və Türkiyə kimi ölkələr də iştirak ediblər. Onlar öz mədəni və bədii əsərlərini nümayiş etdiriblər.

İran İslam Respublikasından da iranlı sənətçilərin mozaika, emal və qələmkarlığa şamil olan əl işləri sənayesi sahəsindəki sənət əsərləri nümayiş etdirilib.

İranın tarixi və dini məkanları və müxtəlif turizm bölgələrindən kliplərin yayılması bu sərgidə nümayiş etdiirlən İranın mədəni və bədii əsərlərindəndir. Bu əsərlər sərgiyə xüsusi gözəllik bəxş edibdir.

Ağır xəstəliklərə düçar olmuş uşaqlara yardım məqsədilə keçirilən bu sərginin müxtəlif bölmələrində hekayəoxuma, rəsmçəkmə emalatxanası və kukla teatrı uşaqlar üçün nəzərdə tutulubdur.