Yan 17, 2020 09:08 Asia/Baku
  • Azərbaycan R. Xəzərdə yeni enerji yatağında kəşfiyyat qazıntısına başlayıb
    Azərbaycan R. Xəzərdə yeni enerji yatağında kəşfiyyat qazıntısına başlayıb

Azərbaycan Respublikası BP şirkətilə həmkarlıq edərək, Xəzər dənizində "Şəfəq-Asiman" adlı yeni enerji yatağında ilk kəşfiyyat quyusunu qazmağa başlayıb.

Azərbaycan Respublikasının dövlət neft şirkəti- SOKAR-ın məlumatına görə, bu yataqda kəşfiyyat qazıntısı işləri SOKAR-ın tabeliyində olan "Caspian Drilling Company" qazıntı şirkəti tərəfindən icra olunur.

SOKAR ilə BP arasında imzalanmış müqaviləyə görə, hər iki şirkət bu yatağın inkişaf etdirilməsi layihəsində əlli faizlik paya malikdir.

Plana əsasən, bu enerji yatağının ilk quyusunda kəşfiyyat qazıntısı yeddi min metr dərinliyədək icra olunacaq və bu işlər doqquz ay müddətinə davam edəcək.

Azərbaycan Respublikasının dövlət neft şirkəti- SOKAR-ın prezidenti Rövnəq Abdullayev deyib: Başlıca xidmət işləri, o sıradan enerji platformalarının quraşdırılması və qazıntı işləri Azərbaycan Respublikasının xidmət şirkətləri tərəfindən icra olunacaq.